XƏBƏR
14:11

  İsrail "Eurovision-2019" müsabiqəsinin loqosunu təqdim edib

Gündəm

Xəbər lenti

"Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsinin loqosu təqdim edilib.

Agyol.az xəbər verir ki, İsrailin KAN yayım şirkəti və Avropa Yayım İttifaqı mayın ortalarında Təl-Əvivdə keçiriləcək "Eurovision-2019" mahnı müsabiqəsinin loqosunu təqdim ediblər.

Loqo özündə beşguşəli ulduzu formalaşdıran 3 üçbucaqdan ibarətdir.

Müsabiqənin yarımfinalları 14-16 mayda, finalı isə həmin ayın 18-də keçiriləcək.

Xatırladaq ki, Lissabonda "Eurovision-2018" müsabiqəsinin qalibi "Oyuncaq" mahnısı ilə israillli müğənni Netta Barzilay olmuşdu.

 




  Yayım tarixi :09 Yanvar 2019   14:11

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .