XƏBƏR
13:58

  DİN Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məlumat yayıb

Gündəm

Xəbər lenti

Daxili İşlər Nazirliyi Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məlumat yayıb.

Agyol.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, yanvarın 9-da saat 3 radələrində Yasamal rayonunun L.Tolstoy küçəsindəki evlərin birində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

Nəticədə konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra ev sahibi Aydın Məmmədovun, arvadı Xuramanın və qızı Aygünün meyitləri tapılıb.

Araşdırma aparılır.

 

 




  Yayım tarixi :09 Yanvar 2019   13:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .