XƏBƏR
22:32

  Türkiyədə gəmi qəzasında itkin düşən dənizçilərdən 2-nin meyiti tapılıb

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

Türkiyədə gəmidə baş verən qəza zamanı itkin düşən dənizçilərdən iki nəfərin meyiti tapılıb.

Agyol.az xəbər verir ki, Dövlət Dəniz Agentliyindən verilən məlumata görə, Türkiyənin Samsun şəhəri yaxınlığında “Volgabalt 214” gəmisində baş verən qəzanın nəticələrinin aradan qaldırılması və itkin düşən dənizçilərin axtarışı ilə bağlı müvafiq qüvvələr hadisə yerinə cəlb olunub. Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi hadisə baş verən andan fasiləsiz olaraq Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə əlaqə saxlayır.

Son məlumata əsasən həyata keçirilən axtarış – xilasetmə tədbirləri nəticəsində itkin düşən dənizçilərdən 2 nəfərin meyiti tapılaraq sudan çıxarılıb. Hazırda dənizçilərin şəxsiyyətinin müəyyən oluması prosesi həyata keçirilir.

İctimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Türkiyənin Samsun vilayəti sahillərində batmış yük gəmisinin heyət üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır. Gəmidə həmçinin 9 Ukrayna, 2 Rusiya vətəndaşı olub. Ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib və onun meyiti sudan çıxarıllıb. Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.

 




  Yayım tarixi :08 Yanvar 2019   22:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .