XƏBƏR
14:43

  Sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək. Agyol.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəzarəti Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.

 

N.Allahyarova bildirib ki, bu sistem təkcə online bilet mexanizminin ikitərəfli tətbiqini nəzərdə tutulub:

“Ölkənin avtovağzallarında dispetçer fəaliyyətinin yaradılması və gediş-dönüş biletlərinin rahat şəkildə alınmasını, şəhərlərarası nəqliyyat xətləri ilə şəhərdaxili nəqliyyat xətlərində istifadə edilən bilet sisteminin inteqrasiyasını təmin edən bir sistem olacaq. Vahid bilet sistemi gələcəkdə yerüstü ictimai nəqliyyat növləri arasında da inteqrasiyanı təmin edəcək özül yaratmış olacaq”.

 

Onun sölərinə görə, taksi, eləcə də qeyri-müntəzəm daşımalarda yeni platformanın yaradılması istiqamətində yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparılacaq:

“Onları vahid platformada birləşdirmək, bu sistemin iştirakçıları arasında olan münasibətləri tənzimləmək, dövlət qarşısında olan öhdəliklərini, vəzifələrini vahid bir məkanda nizamlamaq planlaşdırılır. Sözügedən sistemin Vahid Milli Taksi Platforması şəbəkəsində birləşdirilməsi nəzərdə tutulur”.

 




  Yayım tarixi :08 Yanvar 2019   14:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .