XƏBƏR
12:28

  "İŞİD Suriyada məğlubiyyətə uğradı" - Ərdoğan

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

Türkiyə hesab edir ki, İŞİD terror qruplaşması Suriyada hərbi baxımdan məğlubiyyətə uğrayıb. Agyol.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanının "The New York Times" qəzeti üçün yazdığı məqalədə deyilir.

Türkiyə lideri məqalədə qeyd edir ki, ABŞ-ın Suriyadan qoşunları çıxarmaq qərarını doğru sayır: "Hərbi baxımdan İŞİD terror qruplaşması Suriyada məğlubiyyətə uğradı".

T.Ərdoğan həmçinin bəzi ölkələrin qruplaşmanın qalmış hissələri ilə mübarizə aparmaq adıyla Suriyanın daxili işlərinə qarışması ilə bağlı narahatlığını bildirib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə Suriyada radikallaşma üçün səbəblərin aradan qaldırılması üzrə hərtərəfli strategiya təklif edir.

 

 




  Yayım tarixi :08 Yanvar 2019   12:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .