XƏBƏR
12:16

  Dünya Bankının prezidenti Cim Yen Kim istefa verdi

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

Dünya Bankının prezidenti Cim Yen Kim yanvar ayının sonlarında istefaya gedəcəyini bəyan edib.

 

Agyol.az xəbər verir ki, bu vəzifəni təşkilatın baş direktoru Kristalina Georgiyeva icra edəcək.

 

Səlahiyyət müddətinin başa çatmasına təxminən 3 il qaldığı vaxt Kimin gözlənilməz istefası Prezident Donald Tramp administrasiyası ilə ABŞ-ın Dünya Bankına təsirindən şikayətlənən ölkələr arasında qızğın mübarizəyə gətirib çıxara bilər.

 

Dartmut kollecini bitirən Cim Yen Kim ABŞ Prezidenti Barak Obama tərəfindən Dünya Bankının rəhbəri təyin edilib və 2012-ci il iyulun 1-dən 5 il müddətinə vəzifəsinin icrasına başlayıb.

 

Cim Yen Kimin yeni iş yeri hələ açıqlanmır. Məlum olan yalnız onun inkişaf etməkdə olan ölkələrin infrastrukturuna investisiya qoymaqla məşğul olan şirkətdə fəaliyyət göstərəcəyi məlumdur.

 

Qeyd edək ki, Kimin daimi xələfi barədə qərar Dünya Bankının Direktorlar Şurası tərəfindən müəyyən ediləcək.

 

Xatırladaq ki, mənzil-qərargahı Vaşinqtonda yerləşən və 189 üzv ölkəni birləşdirən Dünya Bankının ən iri səhmdarı ABŞ-dır.

 




  Yayım tarixi :08 Yanvar 2019   12:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .