XƏBƏR
12:12

  Azərbaycanın bədii filmi Almaniyada qələbə qazandı

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?
Azərbaycanda istehsal olunmuş “Şollerin arxivi” filmi Almaniyanın “Best Independents Film Festival”da “Ən Yaxşı Azad Film” seçilib.
 
Agyol.az xəbər verir ki, bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
 
Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Ekran işi Avropa mədəniyyətindğn, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.
 
Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Gəncə Dövlət Dram Teatrının Əməkdar artistləri aktyorları Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli  və başqaları rol alıblar.
 
Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması diqqətə çatdırılıb. Film real hadisələrə əsaslanır.
 




  Yayım tarixi :08 Yanvar 2019   12:12

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .