XƏBƏR
10:42

  Qar Türkiyədə məktəbləri bağladı

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

Türkiyənin 12 vilayətində güclü qar səbəbindən məktəblərdə dərslər dayandırılıb. Agyol.az-ın məlumatına görə, artıq 3 gündür ki, Türkiyədə aramsız qar yağır, İstanbulda güclü külək müşahidə olunur.

Türkiyənin Sivas, Amasiya, Çanaqqala, Balıkəsir, Bingel, Bitlis, Tünceli, Dənizli, Batman, Konya, İsparta və Ağrı kimi vilayətlərində məktəblərdə dərslər təxirə salınıb.

Qeyd edək ki, ötən gün yağan qar Van vilayətinin 295 yaşayış məntəqəsi ilə əlaqənin kəsilməsinə səbəb olmuşdu.

Xatırladaq ki, artıq neçə gündür ki, İstanbul və Bursada əlverişsiz hava şəraiti ilə əlaqədar dəniz reysləri də təxirə salınıb.

 




  Yayım tarixi :08 Yanvar 2019   10:42

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .