XƏBƏR
14:48

  Səfir: Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarında diqqətli olmalıdır

Gündəm

Xəbər lenti

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarında diqqətli olmalıdır.

Agyol.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, bunu Ukraynanın nüfuzlu telekanallarından biri olan “5 kanal”a müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyev deyib.

Diplomat müsahibəsində “Bakı prosesi”nin effektivliyindən, Azərbaycanın iqtisadi dirçəlişindən, turizm və hərbi sənayedə əldə etdiyimiz nəticələrdən bəhs edib.

Səfir bildirib ki, Prezident İlham Əliyev bütün ölkələrlə əməkdaşlıqda səmimidir, açıqdır: “Azərbaycan Prezidenti İlham Əliyev dünyada nüfuzlu siyasətçidir. Nəinki MDB məkanında, həmçinin Avropa və ABŞ-da çox tanınır. Ümummilli lider Heydər Əliyev yeni Azərbaycanın memarıdır, Prezident İlham Əliyev isə onun vətənpərvər, praqmatik siyasətini uğurla davam etdirir”.

A.Xudiyev müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağa münaqişəsinə də geniş yer verib:

“Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyan münaqişə ilə bağlı bəyanatlarında diqqətli olmalıdır. Ermənistanın indiki hakimiyyətinin mövqeyi bölgədə hərbi münaqişənin yenidən alovlanmasına səbəb ola bilər. Ermənistanın işğalçılıq siyasəti davam etməkdədir, onlar qeyri-konstruktiv mövqe nümayiş etdirirlər. Təəssüf ki, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticəsiz qalmaqdadır”.

 




  Yayım tarixi :07 Yanvar 2019   14:48

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .