XƏBƏR
14:41

  Dünyanın ən yüksək elektrik qülləsi qurulub

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

 Dünyanın ən uzun elektrik qülləsi Çində qurulub. 380 metr uzunluğunda olan qüllə illik 66 milyard kilovatlıq ötürmə qabiliyyətinə malikdir.


Agyol.az xəbər verir ki, elektrik qülləsi Çinin şərqindəki Çjouşan (Zhousan) şəhərində qurulub. Ən qabaqcıl texnologiyaların istifadə edildiyi layihədə dünyanın ən yüksək gərginliyi, ötürmə qabiliyyəti və ən uzun ötürmə məsafəsindən istifadə edilib. Qüllə Çjouşan ticarət bölgəsinin elektrik tələbatını ödəmək üçün daha da inkişaf etdirilir. Belə ki, elektrik qülləsi ticarət rayonu üçün 500 kilovolt elektrik verəcək. Dünyanın ən böyük elektrik qülləsinin tam olaraq fəaliyyət göstərməsi üçün sıx sis və temperaturun mənfilərə düşməsinə baxmayaraq işçilər öz işlərini davam etdirir. Çinin şimal-qərbindən başlayan elektrik xətti 3.293 kilometri keçərək Şərqi Çinə qədər uzanır.

Qeyd edək ki, layihə əsasında Çində kömür nəqlinin ildə 30.24 milyon ton azalacağı gözlənilir.

 




  Yayım tarixi :07 Yanvar 2019   14:41

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .