XƏBƏR
11:24

  Azərbaycanda saxlanılan Fətullah Gülən tərəfdarı həbs edilib

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) əməkdaşları tərəfindən FETÖ istintaqı çərçivəsində keçirilən müvəffəqiyyətli əməliyyat nəticəsində Azərbaycanda saxlanılan Fətullah Gülən tərəfdarı  Mehmet Gelen Ankara polisinə təhvil verilib. 

Agyol.az-ın məlumatına görə Türkiyə Daxili İşlər Nazirliyinin Terrorla Mübarizə Bürosundakı müvafiq prosedurlardan sonra Gelen  Ankara Respublika Prokurorluğuna aparılıb.

Prokurorluqdan dinləndirilmədən sonra məhkəməsi keçirilən Gelenin həbsi barədə qərar qəbul edilib.

Mehmet Gelen Azərbaycanda fəaliyyət göstərən Fətullah Gülən hərəkatına aid məktəblərdə  müəllimlik edib.

Qeyd edək ki, 15 iyul hərbi çevriliş cəhdindən sonra fəaliyyəti dayandırılan Azərbaycandakı FETÖ məktəblərində müəllim işləyən Gelen  saxta pasportla Belarusiyaya qaçmaq istəyərkən saxlanılıb.

 




  Yayım tarixi :05 Yanvar 2019   11:24

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .