XƏBƏR
11:15

  Maradona xəstəxanadan çıxdı: Həyatıma heç bir təhlükə yoxdur

Gündəm

Xəbər lenti

Əfsanəvi argentinalı futbol ulduzu, 1986-cı il dünya çempionu Dieqo Maradona müalicə olunduğu xəstəxanadan buraxılıb.

Agyol.az-ın məlumatına görə, D.Maradona Argentinanın paytaxtı Buenos-Ayresdə ötən gecə xəstəxanaya yerləşdirilmişdi.

Onun mədə qanaxmasından əziyyət çəkdiyi məlum olmuşdu.

Bir gecə xəstəxanada qaldıqdan sonra ulduz evə buraxılıb. O, jurnalistlərə verdiyi açıqlamada həyatına heç bir təhlükənin olmadığını deyib.

 




  Yayım tarixi :05 Yanvar 2019   11:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .