XƏBƏR
10:04

  Bakiya Avropadan yeni konteynerlər gətirilib

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Bakıya müasir plastik konteynerlər gətirib. Onlar nəinki dizaynı, həm də keyfiyyəti ilə seçilir.


Agyol.az xəbər verir ki, zibil yeşiklərinin ilk partiyası artıq Nəsimi, Yasamal, Səbail və Nərimanov rayonlarında, bir sıra mərkəzi küçələrdə quraşdırılıb. Bu qabların əvvəlkilərdən bir sıra üstünlükləri var.

Əvvəl qapaqsız, açıq zibil yeşiklərindən polietilen paketlər, qəzet, kağız kimi zibili külək uçurur, paketlər ağaclara ilişirdi. Yeni konteynerlər möhkəm bağlanın qapaqlı olduğu üçün zibilin yayılmasının qarşısı alınacaq. Qapaq hermetik bağlandığından həm də pis qoxunun qarşısı alır. Həm də bu qutular daha tutumlu və müasir dizayndadır.

 




  Yayım tarixi :05 Yanvar 2019   10:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .