XƏBƏR
13:08

  ABŞ və Çin arasında ticarət məsələləri ilə bağlı görüşlər başlayır

Gündəm

Xəbər lenti

Çin ilə ABŞ arasında ticarət məsələləri ilə bağlı görüşlər nazir müavinləri səviyyəsində aparılacaq. 


Agyol.az xəbər verir ki, məlumatı Çinin Ticarət Nazirliyi yayıb. Məlumata görə, iki ölkə rəsmiləri arasında görüş 7-8 yanvar tarixlərində Pekində baş tutacaq. ABŞ tərəfinə bu ölkənin Ticarət Nümayəndəsinin köməkçisi Ceffrey Qerriş (Jeffrey Gerrish) liderlik edəcək.

Qeyd edək ki, ötən ay ABŞ və Çin liderləri arasında ticarət gərginliyinə dair 90 günlük atəşkəs əldə edilmişdi. Bu ziyarət isə razılaşmadan sonra ilk üz-üzə görüş olacaq. 

 




  Yayım tarixi :04 Yanvar 2019   13:08

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .