XƏBƏR
12:32

  Şübhəli bilinən 17 nəfər saxlanılıb

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Yanvarın 3-dən 4-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. 


Agyol.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 102 cinayət faktı qeydə alınıb, onların da 13-ü "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

 




  Yayım tarixi :04 Yanvar 2019   12:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .