XƏBƏR
14:55

  3097 şəhidin vərəsəsi 11 min manatla təmin edilib

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatını nəzərdə tutan Fərmanın icrası olaraq, müvafiq işlər davam edir. Artıq 3097 şəhidin 4190 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub və onların hər birinin bank hesabına müvafiq vəsaitin köçürülməsi təmin edilib.


Agyol.az
xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ümumilikdə 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub.


Eyni zamanda, dövlət başçısının qeyd olunan Fərmanının icrası işləri şəffaf, həmçinin vərəsələr üçün rahat müraciət prosedurunu nəzərdə tutan mexanizm üzərində qurulub. Vərəsələr yalnız notariat kontorlarına müraciət edir, aidiyyəti sənədləri təqdim edirək vərəsəlik şəhadətnaməsi alır. Bundan sonra notariat kontorları tərəfindən müvafiqə sənədlər elektron şəkildə nazirliyin informasiya sisteminə ötürülür. Növbəlilik qaydasında sənədlərə baxılaraq qərar qəbul olunur, daha sonda ödəniş vərəsənin bank hesabına köçürülür. Bu barədə ona sms vasitəsilə bildiriş göndərilir.


Digər şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı 2019-cu il ərzində yekunlaşacaq.

 

 




  Yayım tarixi :29 Dekabr 2018   14:55

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .