XƏBƏR
10:06

  Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarı yola düşdü

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bu gün Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verib.

Agyol.az-ın məlumatına görə, sürət qatarı saat 09:00-da Bakı Dəmiryolu Vağzalından yola düşüb. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edəcək.

Qeyd edək ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var.

 




  Yayım tarixi :29 Dekabr 2018   10:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .