XƏBƏR
16:18

  Bu il Türkiyəyə 800 mindən çox Azərbaycan turisti səfər edib

Gündəm

Xəbər lenti

2018-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə Azərbaycandan 802 820 turist səfər edib.

Agyol.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Bu ilin 11 ayı ərzində Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,57 faiz artıb.

Bu müddət ərzində Türkiyəyə gələn əcnəbilər arasında Azərbaycan turistlərinin payı 2,24 faiz təşkil edib.

Təkcə bu ilin noyabr ayında Azərbaycandan Türkiyəyə 59,1 min turist səfər edib ki, 2017-ci ilin noyabr ayı ilə müqayisədə bu, 9,51 faiz çoxdur.

 




  Yayım tarixi :28 Dekabr 2018   16:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .