XƏBƏR
15:05

  SON DƏQİQƏ! Suriya ordusu Mənbicə daxil oldu

Gündəm

Xəbər lenti

Suriya ordusu ölkənin şimalındakı Mənbic şəhərinə daxil olaraq orada dövlət bayrağını ucaldıb.

Agyol.az-ın məlumatına görə, bu barədə Suriya ordusunun Baş Qərargahı bəyanat yayıb.

Məlumatda qeyd olunur ki, ordu şəhərə yerli əhalinin çağırışlarından sonra daxil olub.

Buna qədər şəhər və onun ətrafı kürdlərin PYD/YPG silahlılarını nəzarətində olub.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Mənbicdə əməliyyatlara hazır olduğunu demişdi. ABŞ ordusunun Suriyadan çıxması qərarı ilə əlaqədar Ankara bu qərarı bir müddət təxirə salmışdı.

 




  Yayım tarixi :28 Dekabr 2018   15:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .