XƏBƏR
14:08

  Parlament dünya azərbaycanlılarına müraciət etdi

Gündəm

Xəbər lenti

Milli Məclis bu gün keçirilən payız sessiyasının sonuncu plenar iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edib. Agyol.az xəbər verir ki, müraciəti Milli Məclisin sədr müavini Bahar Muradova oxuyub. 


Müraciətdə dünyadakı azərbaycanlılarının milli birliyinin vacibliyi qeyd olunub. Bildirilib ki, Qarabağ hər bir azərbaycanlının ağrılı yeridir:


“Bütün dünya azərbaycanlıları səylərini artırsalar, bu problemin həllini daha yaxınlaşdıra bilərlər. Soydaşlarımızın bir vəzifəsi də yaşaqdıqları öləkəlrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır. Əziz soydaşlarımız, Sizi ümummilli məqsədlərimizin gerçəkləşdirilməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq”.




  Yayım tarixi :28 Dekabr 2018   14:08

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .