XƏBƏR
12:47

  Aztəminatlı ailələrə birdəfəlik yardımların ödənişi artıq təmin olunub

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli Sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (yüz) manat məbləğində birdəfəlik yardımın ödənilməsini artıq təmin edib.

Agyol.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, birdəfəlik yardım həmin ailələrin bank hesablarına köçürülüb. Bu da onların bayram ərəfəsi maddi təminatlarına bir dəstəkdir.

Qeyd olunan Sərəncam ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə birdəfəlik yardım ödənilməsini nəzərdə tutmaqla, dövlət başçısının həmin ailələrə növbəti qayğısıdır. Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsindən 5 milyon manat ayrılıb.




  Yayım tarixi :28 Dekabr 2018   12:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .