XƏBƏR
22:14

  Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınır

Gündəm

Xəbər lenti

Yaxın günlərdə Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınacaq.

Agyol.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat veriblər.

“Stadler” şirkətinin istehsalı olan qatar 159 kilometr/saat sürətlə hərəkət edəcək. Sərnişinlər VIP və biznes sinif vaqonlardan istifadə edə biləcək. Hər bir vaqon kiçik mətbəx, soyuducu və simsiz internetlə təchiz olunub.

Qeyd edək ki, Bakı ilə Gəncə arasında məsafə avtomobil yolu ilə 372 kilometr təşkil edir.

 




  Yayım tarixi :27 Dekabr 2018   22:14

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .