XƏBƏR
15:29

  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıtda qaçqın və məcburi köçkün ailələri üçün inşa olunan yaşayış binaları kompleksinin açılışında iştirak ediblər

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki, dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Şəhərin mərkəzində, Koroğlu prospektində yerləşən kompleksin inşasına 2017-ci ilin martında başlanılıb. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina var. Kompleksdə məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzillərdə və məktəbdə yaradılan şəraitlə tanış oldular.

 




  Yayım tarixi :27 Dekabr 2018   15:29

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .