XƏBƏR
10:12

  Rusiya XİN-dən Türkiyə nümayəndə heyəti ilə görüşün hazırlanması barədə bildiriblər

Gündəm

Xəbər lenti

Rusiya Xarici İşlər Nazirliyi Türkiyə nümayəndə heyəti ilə görüş hazırlayır.

Agyol.az-ın məlumatına görə, bu barədə Nazirliyin informasiya və mətbuat departamentindən bildiriblər.

Departamentdən bildiriblər: "Gözlənilir ki, Suriyadakı vəziyyətlə bağlı yüksək səviyyədə danışıqlar yaxın vaxtlarda Moskvada keçirilə bilər".

Daha əvvəl Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik bildirmişdi ki, dekabrın 29-u Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və prezidentin mətbuat katibi İbrahim Kalın Rusiyaya səfər edəcəklər. Onun sözlərinə görə, tərəflər Moskvada Suriya məsələsini müzakirə edəcəklər.

 




  Yayım tarixi :27 Dekabr 2018   10:12

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .