XƏBƏR
10:05

  Paşinyanın özünə qoydurduğu heykəli xalq dağıdır...

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

“Yəqin ki, Paşinyana verilən bu mesajın işartılarını biz yaxın zamanlarda Ermənistandakı siyasi mübarizədə hiss edəcəyik”

 Vüqar Qədirov: “Ölkə rəhbərinin sağ ikən, hakimiyyətdə ola-ola “başının qoparılması” məsələnin nə qədər ciddi olduğundan xəbər verir”

 

Ermənistanda naməlum şəxslər baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın heykəlinin başını qoparıblar. Erməni KİV-lərinin verdiyi məlumata görə, Vanadzor-Gümrü yolunda qoyulan heykəlin fotoları sosial şəbəkələrdə yayılıb. Belə ki, daha əvvəl ayaqları sökülən heykəlin bu dəfə başını qopararaq oğurlayıblar.

Qeyd edək ki, “Mənim addımım” adı verilən heykəl Nikol Paşinyan etiraz aksiyalarına qoşulduğu zaman qoyulub. Baş verən hadisədən ciddi nəticələr çıxarmaq olar. Əvvəla Paşinyan Ermənistanda hələ hakimiyyəti tam ələ götürməmiş, inqilabın ilk mərhələsində özünə heykəl qoydurub. Bununla o, nə qədər avtoritar xislətə malik olduğunu büruzə vermiş olub. Onun heykəlinə qarşı edilən bu hərəkəti isə erməni xalqının Paşinyana verdiyi qiymətin göstəricisi kimi qəbul etmək mümkündür. Ermənistandakı real siyasi mənzərə onu deməyə əsas verir ki, xalq Paşinyanın onları aldatdığını dərk etməyə başlayıb. Bu özünü bir sıra əlamətlərdə göstərməyə başlayıb ki, heykəl hadisəsi də onlardan biridir.

Paşinyanın heykəlinə qarşı olunan bu hərəkətdən daha hansı nəticələri çıxarmaq olar?

 

Politoloq Vüqar Qədirov qəzetimizə bildirdi ki, istənilən halda, bu, Paşinyana verilən qiymətin göstəricisidir: “Həmin heykəlin fotolarını mən də gördüm. Artıq Paşinyana yaxın media və hökumət dairələri həmin heykəlin simvolik məna daşıdığını iddia edərək, baş verən biabırçılığı ört-basdır etmək istəyirlər. İstənilən halda, həmin heykəlin böyüklüyü və ya kiçikliyi heç bir məna kəsb etmir. Fikir versəniz görərsiniz ki, heykəlin məhz başını qoparıblar. Bunun özü də  ciddi bir mesaj mənasını daşıyır. Bununla Paşinyana demək istəyirlər ki, sənin başını üzərik.  Təhqir olunan heykəl Paşinyanın Ermənistanda həyata keçirdiyi inqilabı simvolizə edir. Çünki heykəldə Paşinyan öz çantası ilə əks edilib. Bu libasla Paşinyan kütlənin önündə gedərək inqilabı həyata keçirdi. Bir neçə nəticəyə gəlmək olar. Edilən hərəkət Paşinyanın etdiyi inqilaba verilən dəyər və qiymətdir. Artıq xalq görür ki, Paşinyanın verdiyi vədlərin hamısı puça çıxıb. Bu səbəbdən də inqilabın heç bir nəticə vermədiyi qənaətinə gəlib, həmin addımı atıblar. İkincisi, bu, Paşinyanın siyasi arenadan diktator üsulları ilə sıxışdırıb çıxardığı siyasi qüvvələrin ismarıcı ola bilər. Bilirsiniz ki, onların arasında Ermənistanın klassik partiyası olan “Daşnaksütyun” da var. Həmin partiya heç parlamentə belə buraxılmayıb. Sözügedən partiyanın klassik ənənələri terrorla bağlıdır. Bununla Paşinyana demək istəyirlər ki, sivil mübarizə aparmaq istəmirsə, onunla başqa dildə danışa bilərlər. İrəli sürülən versiyalar sizə qeyri-adi gəlməsin. Ermənistanda terror ənənəsi müasir dövrdə də yaşayır. 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsini buna misal göstərə bilərik. Həmin vaxt ölkənin Paşinyandan da nüfuzlu siyasi liderləri qətlə yetirildilər. Yəqin ki, Paşinyana verilən bu mesajın işartılarını biz yaxın zamanlarda Ermənistandakı siyasi mübarizədə hiss edəcəyik”.

Ekspertin sözlərinə görə, Ermənistan hakimiyyəti baş verən hadisəni sıradan bir cinayət əməli kimi xarakterizə etməyə çalışsa da, bu belə deyil: “Artıq Ermənistandakı vəziyyət nəzarətdən çıxma mərhələsinə qədəm qoyub. Ölkə rəhbərinin sağ ikən, hakimiyyətdə ola-ola “başının qoparılması” məsələnin nə qədər ciddi olduğundan xəbər verir”.

 




  Yayım tarixi :27 Dekabr 2018   10:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .