XƏBƏR
17:58

  Gürcüstan Prezidenti: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və mədəni sahələrdə yüksək inkişaf dinamikasına nail olub

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Agyol.az xəbər verir ki, təbrikdə deyilir: "Zati-aliləri. Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Bu əlamətdar gündə qeyd etmək xoşdur ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə irəliləyiş və tərəqqi əldə etmiş, eləcə də siyasi, iqtisadi və mədəni sahələrdə yüksək inkişaf dinamikasına nail olmuşdur. İcazə verin, bir daha bildirim ki, Gürcüstan Azərbaycanla dostluq əlaqələrinin və qarşılıqlı faydalı münasibətlərin inkişafına çox böyük önəm verir. Əminəm ki, Gürcüstan və Azərbaycan arasında olan uzunmüddətli dostluq və strateji tərəfdaşlıq birgə səylərimizlə ölkələrimizin ortaq maraqları naminə gələcəkdə daha da möhkəmlənəcək və dərinləşəcək.

Fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istərdim.

Zati-aliləri, xahiş edirəm Sizə olan ən yüksək ehtiramımı qəbul edəsiniz. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və dost Azərbaycan xalqının əmin-amanlığı və rifahı naminə önəmli işlərinizdə daha böyük müvəffəqiyyətlər arzu edirəm".

 




  Yayım tarixi :26 Dekabr 2018   17:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .