XƏBƏR
11:15

  Şaxta baba və Qar qız Bakı Metropolitenində olacaqlar, çünki...

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Bakı Metropoliteni hər il olduğu kimi bu il də metro stansiyalarında azyaşlı sərnişinləri sevindirəcək.

Agyol.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibətilə metro stansiyalarında Şaxta baba və Qar qız sərnişinlərin görüşünə gələcək: "Hər il olduğu kimi, bu il də "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti balaca sərnişinlərini sevindirəcək. Şaxta baba və Qar qız balaca sərnişinlərlə görüşəcək və onlara müxtəlif oyuncaq və hədiyyələr verəcək".

B.Məmmədov bildirib ki, Şaxta baba və Qar qız 3 gün - dekabrın 29-u, 30-u və 31-i metroda balaca sərnişinlərini qarşılayacaq.

 




  Yayım tarixi :26 Dekabr 2018   11:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .