XƏBƏR
11:10

  Beynəlxalq Muğam Mərkəzinin 10 illiyi münasibətilə tədbir keçiriləcək

Gündəm

Xəbər lenti

Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasının 10 ili tamam olur.

Agyol.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində əlamətdar yubiley münasibətlə tədbir keçiriləcək.

Tədbirdə əvvəlcə mərkəzin muzey hissəsində “Qədim musiqi alətləri ekspozisiyası”nın təqdimatı olacaq. Sonra görkəmli muğam ustadlarının büstlərinin qarşısında “İnteraktiv lövhələr” təqdim ediləcək.

Ardınca “Müasir musiqi alətləri ekspozisiyası”nın təqdimatı keçiriləcək. Həmçinin foyedə “Əsrlərin sədası” ansamblı çıxış edəcək.

Yubiley mərasimi Beynəlxalq Muğam Mərkəzinin salonunda muğam konserti ilə davam edəcək.

 




  Yayım tarixi :26 Dekabr 2018   11:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .