XƏBƏR
10:03

  Görkəmli bəstəkar Qara Qarayev haqqında kitab çap olunub

Gündəm

Xəbər lenti

Mədəniyyət Nazirliyi tərəfindən Munisə Abdullayevanın “Qara Qarayevin kamera-instrumental yaradıcılığında polifonik formalar” kitabı çap edilib. Kitab Azərbaycan Prezidentinin “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” 17 oktyabr 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq işıq üzü görüb.

Agyol.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, 3 fəsildən ibarət kitabda Qara Qarayevin kamera-instrumental yaradıcılığında polifonik formalardan bəhs edilir.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş kitab Mədəniyyət Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.




  Yayım tarixi :26 Dekabr 2018   10:03

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .