XƏBƏR
00:21

  Prezident İlham Əliyev: Azərbaycan ümid edir ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində müsbət irəliləyişlər olacaq

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

Azərbaycan ümid edir ki, 2019-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində müsbət irəliləyişlər olacaq.

Agyol.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Rossiya 24" telekanalına müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülhün regiona hansı üstünlüklər verəcəyini və sülh olmayacağı təqdirdə Ermənistanda hansı çətinliklərin mövcud olacağını nümayiş etdirmək üzrə siyasət aparıb və bu siyasətini davam etdirəcək.

İlham Əliyev əmin olduğunu bildirib ki, Ermənistanın yeni rəhbərliyinin ölkədə vəziyyətin dəyişdirilməsi üzrə planlarını yerinə yetirə bilməsi üçün yeganə yol Azərbaycanla münaqişəni nizamlamaq yoludur:

"Bunun üçün isə onlara məxsus olmayan ərazilərdən çıxmaq və minlərlə, on minlərlə, yüz minlərlə azərbaycanlıya öz torpaqlarına qayıtmaq imkanı vermək lazımdır. Ümid var ki, bu baxımdan daha çox anlaşma olacaq, lakin əvvəlcədən deyə bimərəm. Necə deyərlər, vaxt göstərəcək. Biz bayaq qeyd etdiyim siyasəti ardıcıl olaraq həyata keçirəcəyik. Həm də görürük ki, bu, öz nəticəsini göstərir".

 




  Yayım tarixi :25 Dekabr 2018   00:21

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .