XƏBƏR
23:58

  Prezident İlham Əliyevə doğum günü mübasibətilə təbriklər gəlməkdədir

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibi Vladimir Şerbakovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Ümumhəmkarlar İttifaqları Konfederasiyası adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm.

Sizin respublikanın Prezidenti kimi fəaliyyətinizi, xalqı inamla iqtisadi və sosial tərəqqi yoluna istiqamətləndirən lider kimi tarixi xidmətlərinizi Ümumhəmkarlar İttifaqları Konfederasiyasında və onun üzvü olan təşkilatlarda yüksək qiymətləndirirlər. Bu gün Azərbaycan cəmiyyət həyatının bütün sahələrində şəksiz və mühüm nailiyyətlər nümayiş etdirir. Ölkəniz beynəlxalq məkanda, inteqrasiya proseslərinin dərinləşməsində, Birlik dövlətlərinin və xalqlarının dostluq və əməkdaşlığının inkişafında getdikcə daha fəal və əhəmiyyətli rol oynayır.

Fürsətdən istifadə edərək, həmkarlar hərəkatının fəaliyyətinə milli və beynəlxalq səviyyədə daim dəstək göstərdiyinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirmək istəyirəm.

Möhtərəm İlham Heydər oğlu, xahiş edirəm ən səmimi, ürəkdən gələn möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləklərimi qəbul edin".

X X X

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – idarə heyətinin sədri Andrey Kostindən:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə “VTB Bank”ın idarə heyəti və kollektivi adından, şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.

Siz artıq 15 ildən çoxdur ki, hamı tərəfindən qəbul edilmiş lider olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsində enerjinizi, müdrikliyinizi və təcrübənizi ölkənin inkişafının və onun vətəndaşlarının firavanlığının təmin edilməsinə yönəldirsiniz. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına, regional sabitliyin və qarşılıqlı iqtisadi fəaliyyətin təmin edilməsi üzrə beynəlxalq səylərə Sizin şəxsi töhfənizi Rusiyada yüksək qiymətləndirirlər.

Sizin Rusiya ilə Azərbaycanın işgüzar birlikləri arasında əməkdaşlıq məsələlərini daim diqqətdə saxlamağınız ikitərəfli ticari və investisiya əlaqələrinin genişlənməsində mühüm rol oynayır.

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun VTB kapitalında iştirakını yüksək qiymətləndiririk. Bunda dostluq, etimad və ölkələrimiz arasında səmərəli əlaqələrin möhkəmlənməsinə yönəldilmiş güclü kurs görürük.

Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq, məsul işinizdə uğurlar diləyirəm".

X X X

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi, ürəkdən gələn təbriklərimi qəbul edin. Siz çox yüksək mədəniyyətə malik bir insan, mükəmməl diplomat və rəhbər kimi Azərbaycan Respublikasının inkişafına böyük töhfə verirsiniz, milli mədəniyyətin və incəsənətin inkişafına güclü dəstək göstərirsiniz.

Sizə öz ehtiramımı göstərmək, fəaliyyətinizdə daimi uğurlar, Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik, sülh və tərəqqi diləmək fürsətinə görə ürəkdən şadam".

X X X

Rusiya Federasiyası Çeçenistan Respublikası Hökumətinin sədri Müslüm Xuçiyevdən:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Biz Sizi Azərbaycan xalqının inkişafına və firavanlığına yönəlmiş, ölçülüb-biçilmiş siyasət yürüdən müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvər oğlu kimi tanıyırıq.

Əminəm ki, Sizin sayənizdə Azərbaycan Respublikası bundan sonra da dövlətçilik və demokratiya təsisatlarının təkmilləşdirilməsi, davamlı iqtisadi və sosial inkişaf yolunda irəliləyəcək.

Şübhə etmirəm ki, xalqın sabit dəstəyi və etimadı, respublika vətəndaşlarının həyatını daha da firavanlaşdırmaq istəyi bundan sonra da Sizin ali dövləti fəaliyyətinizdə uğurlarınıza şərait yaradacaq.

İcazə verin bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyim".

X X X

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan:

"Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz Azərbaycan Respublikasının hamı tərəfindən qəbul edilmiş və öz ölkəsinə sonsuz məhəbbət və sədaqət nümunəsi olan zəngin həyat yolu keçmiş liderisiniz. Yüksək peşəkarlığınız və məqsədyönlülüyünüz Sizə ölkə qarşısında dayanan ən mürəkkəb məsələləri həll etməyə, xalqınızın rifahına xidmət etməyə imkan verir.

Sizə ürəkdən möhkəm cansağlığı, tükənməz enerji, respublikanın rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Sizə və xanımınız Mehriban Arif qızına ən xoş diləklərimi çatdırır, xoşbəxtlik və firavanlıq arzu edirəm".

X X X

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Sizə şəxsən öz adımdan və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları olan çoxsaylı dostlarınız adından möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasının rifahı naminə məsul işinizdə sədaqətli dostlar və məsləkdaşlar arzu edirəm. Qoy Sizin hər bir təşəbbüsünüz uğurlu olsun!"

X X X

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Milorad Dodikdən:

"Zati-aliləri, hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizi təbrik etmək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik diləmək mənim üçün böyük şərəfdir və buna görə məmnunam.

Fürsətdən istifadə edərək, xalqlarımız arasında, xüsusən qarşılıqlı maraq doğuran məsələlərdə dostcasına münasibətlərin daha da yaxşılaşdırılmasına sadiq olduğumu bildirmək istəyirəm.

Hörmətli Prezident, icazə verin qarşıdan gələn 2019-cu ildə Sizə və ailənizə ən xoş arzularımı bildirim. Mənim dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident, əziz dost. Doğum gününüz münasibətilə səmimi təbriklərimi, Sizə möhkəm cansağlığı, yaxınlarınızın və dostlarınızın əhatəsində xoşbəxt həyat diləklərimi qəbul edin. Mən Azərbaycanı tərəqqi və inkişaf yolu ilə aparmağa davam etməniz üçün Sizə məsuliyyətli Prezident vəzifəsində böyük uğurlar arzu edirəm. Azərbaycanın qazandığı nailiyyətlər məndə güclü təəssürat oyadıb. Buna görə ürəkdən şadam və əminəm ki, Sizin uzaqgörənliyiniz və fədakarlığınız sayəsində Azərbaycan qarşıya qoyulan bütün məqsədlərə çatacaq.

Mən Serbiya-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm. Mənə çox xoşdur ki, aramızdakı coğrafi məsafəyə baxmayaraq, ölkələrimizi ənənəvi dostluq, habelə qarşılıqlı hörmət və etimad telləri bağlayır. Əminəm ki, biz bütün sahələrdə əməkdaşlığı möhkəmləndirmək üçün imkanlardan birgə fəaliyyətimizlə istifadə edəcəyik.

Mən Kosovonun müstəqilliyinin birtərəfli qaydada elan olunmasını tanımamaqla bağlı Azərbaycanın prinsipial mövqeyinə, habelə suverenliyinin və ərazi bütövlüyünün saxlanılması üçün beynəlxalq təşkilatlarda Serbiyaya göstərdiyiniz dəstəyə görə Sizə xüsusi təşəkkürümü bildirirəm. Serbiya da BMT-nin üzvü olan bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətə prinsipial olaraq sadiqdir və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə dair səyləri alqışlayır.

Zati-aliləri, fürsətdən istifadə edərək, Sizi bir daha Serbiyaya dəvət edirəm. Əminəm ki, Sizin səfəriniz Serbiya ilə Azərbaycan arasında sıx münasibətlərə xüsusi töhfə verəcək.

Cənab Prezident, Sizə ən dərin ehtiramımı qəbul edin".

X X X

Azərbaycan Respublikasında Katolik kilsəsinin apostol prefekturasının yepiskopu Vladimir Feketedən:

"Hörmətli cənab Prezident. İcazə verin doğum gününüz münasibətilə Sizi Azərbaycandakı Katolik kilsəsinin üzvləri adından və şəxsən öz adımdan təbrik edim və Sizə ən xoş, ən səmimi arzularımı bildirim.

Cənab Prezident, fürsətdən istifadə edib bizim icmaya göstərdiyiniz dəstəyə və Azərbaycan Katolik kilsəsinin bütün din xadimlərinin viza almasına köməyinizə görə Sizə xüsusi təşəkkürümü bildirmək istərdim. Ölkədə dinlərarası münasibətlərin və multikulturalizm siyasətinin möhkəmlənməsi üzrə Sizin təşəbbüslərinizi yüksək qiymətləndiririk.

İcazə verin qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni, 2019-cu il münasibətilə Sizi, ailənizi və yaxınlarınızı təbrik edim. Sizə, ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Ulu Tanrı Sizə yar olsun!"

X X X

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, akademik Albert Lixanovdan:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, tükənməz enerji, Azərbaycan xalqının və Azərbaycan uşaqlarının rifahı naminə bütün səylərinizdə yeni uğurlar arzu edirəm.

Uşaqların müdafiəsi sahəsində gələcək əməkdaşlığımızın bundan sonra da səmərəli olacağına ümid edirəm".

X X X

Almaniyanın “CLAAS Global Sales” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin üzvü, satış və marketinq üzrə icraçı direktor Bernd Lüdeviqdən:

"Hörmətli cənab Prezident. Sizi doğum gününüz münasibətilə “CLAAS Global Sales” Məhdud Məsuliyyətli Cəmiyyətinin səhmdarları Helmut Klassın və Katrina Klaas-Mülhoyzerin, eləcə də “CLAAS” MMC-nin bütün kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı və prezidentlik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Qoy Sizin səyləriniz Azərbaycan Respublikasına bundan sonra da rifah, sabitlik və sülh gətirsin!

Fürsətdən istifadə edərək, uzun illik uğurlu əməkdaşlığa görə Sizə təşəkkürümü bildirirəm. Eyni zamanda, Azərbaycanın “CLAAS” şirkəti üçün oynadığı strateji rolu xüsusi qeyd etmək istəyirəm. Biz həmişə öz fəaliyyətimizdə Azərbaycan fermerlərinin “CLAAS” şirkətinin kənd təsərrüfatı texnikası və xidmətlərindən yararlanmalarına və məmnun qalmalarına çalışırıq".

X X X

“ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarovdan:

"Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun rəhbərliyi və əməkdaşları adından ən səmimi təbriklərimizi qəbul edin.

Sizin Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifədə uğurlu fəaliyyətiniz Sizə xas olan görkəmli və uzaqgörən siyasi xadim keyfiyyətləri, perspektiv və cari hədəflərin və vəzifələrin müəyyən edilməsində genişmiqyaslı təfəkkür, onlara nail olmaq üçün əzmkarlıq sayəsində təmin olunur.

Əminəm ki, Sizin millət lideri və dövlət xadimi istedadınıza, ensiklopedik biliklərinizə və bir sıra digər yüksək insani və vətəndaşlıq keyfiyyətlərinizə Azərbaycan Respublikasının qüdrətinin artırılması və onun vətəndaşlarının rifahının daha da yaxşılaşdırılması üçün hələ uzun illər ehtiyac duyulacaq.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, tükənməz enerji və gözəl ölkənizin əməksevər xalqının firavanlığı naminə yeni böyük zəfərlər diləyirəm".

X X X

Rusiyanın Həştərxan vilayəti qubernatorunun vəzifəsini icra edən Sergey Morozovdan:

"Hörmətli İlham Heydər oğlu. İcazə verin Sizə dərin ehtiramımı bildirim və doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edim.

Azərbaycan daha çox Sizin sayənizdə beynəlxalq aləmdə yüksək nüfuz qazanıb, dövlətçiliyin möhkəmləndirilməsi sahəsində böyük nəticələrə və hərtərəfli inkişafa nail olub.

Biz Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirir və qarşılıqlı fəaliyyətin bütün sahələrində Həştərxan vilayəti ilə əməkdaşlığın genişlənməsinə ayırdığınız daimi diqqətə görə Sizə xüsusi minnətdarlığımızı bildiririk.

Möhtərəm İlham Heydər oğlu, icazə verin, Sizə səmimi qəlbdən uzun ömür, tükənməz quruculuq enerjisi, ailə səadəti, Vətənin rifahı naminə fəaliyyətinizdə uğurlar və yeni zəfərlər diləyim".

X X X

Gürcüstanın Baş naziri Mamuka Baxtadzedən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir: "Zati-aliləri. Doğum gününüz münasibətilə Gürcüstan hökuməti adından Sizə ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, iki dost ölkə və xalq arasında dostluğa, qarşılıqlı etibara əsaslanan yaxın və möhkəm əlaqələrimiz gələcəkdə daha da möhkəmlənəcəkdir. Əminəm ki, bizim nümunəvi tərəfdaşlığımız regionda sülhün və təhlükəsizliyin qorunmasında böyük rol oynamaqdadır.

Hörmətli cənab Prezident, ürək sözlərimi ifadə edərək, Sizə öz dərin ehtiramımı, ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm".

X X X

Moldova Respublikası Sosialistlər Partiyasının sədri, Moldova parlamentində MRSP fraksiyasının və Rusiya Federasiyası ilə dostluq qrupunun rəhbəri Zinaida Qreçanıydan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir: "Zati-aliləri. Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Moldova Respublikası Sosialistlər Partiyası adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Bu əlamətdar gündə məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə tərəqqiyə, rifaha nail olub, siyasi, iqtisadi və mədəni sahələrdə uğurlar qazanıb.

Moldova Respublikası Sosialistlər Partiyası Yeni Azərbaycan Partiyası ilə dostluq əlaqələrinə böyük əhəmiyyət verir. Fürsətdən istifadə edib əmin olduğumu bildirirəm ki, Yeni Azərbaycan Partiyası ilə Moldova Respublikası Sosialistlər Partiyası arasında dostluq və qarşılıqlı anlaşma ənənələrinə əsaslanan hərtərəfli əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək.

Zati-aliləri, Sizə dərin ehtiramımı bildirir, xoşbəxtlik, möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".

X X X

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzdan:

"Hörmətli cənab Prezident. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də təbrik etmək istəyirəm. Sizə və Azərbaycan xalqına müvəffəqiyyət və rifah diləyirəm.

BP şirkəti olaraq, biz Azərbaycana böyük önəm verir və ölkənizdə fəaliyyət göstərməkdən qürur duyuruq. Bu illər ərzində biz regionda dünya səviyyəli xeyli layihə həyata keçirmişik. Bu layihələrin gerçəkləşməsi Sizin dəstəyiniz və rəhbərliyiniz sayəsində mümkün olub. Biz, həmçinin Azərbaycan hökuməti və SOCAR ilə məhsuldar və etibarlı əməkdaşlığı yüksək qiymətləndirir, bu münasibətlərin gələcəkdə də davam edəcəyinə ümid edirik".

X X X

Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Camal Yanqından Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir: "Möhtərəm cənab Prezident. Sizi doğum gününüz münasibətilə Azərbaycan Türkiyə İş Adamları Birliyi adından səmimi qəlbdən təbrik edirik.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasında iqtisadiyyatın və sosial sahənin modernləşdirilməsi yolu ilə inamla inkişaf siyasətini dəstəkləyir, Sizə bu yolda Uca Allahdan səbir və güc verməsini arzulayırıq.

Respublikamızın hərtərəfli inkişafı istiqamətində uğurlu fəaliyyətiniz, ordu quruculuğunun yüksək səviyyədə təşkili, təhsilə, idmana və digər önəmli sahələrə qayğınız, xalqın rifah səviyyəsinin yüksəldilməsi ilə bağlı verdiyiniz töhfələr danılmazdır.

Siz Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq xarakteri kəsb etmiş ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə xüsusi töhfə vermisiniz. Azərbaycan Türkiyə İş Adamları Birliyi olaraq bu siyasətin həyata keçirilməsinə daim səy göstərəcəyimizə Sizi əmin edirik.

Fürsətdən istifadə edərək, təşkilatımızın fəaliyyətinə verdiyiniz dəstəyə görə də Sizə bir daha təşəkkür edirik.

Ölkənizə və bəşəriyyətə xidmət edərək qədəm basdığınız bu yaşınızı bir daha ürəkdən təbrik edirik. Sizə və ailənizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq".

X X X

Moskvadan akademik Fazil Qurbanovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasında yaşayan çoxminlik Azərbaycan icması adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Siz Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üçün çox iş görən təcrübəli və uzaqgörən dövlət xadimi kimi haqlı olaraq həmvətənlərinizin səmimi hörmətini və yüksək beynəlxalq nüfuz qazanmısınız.

Siz Rusiyada ölkəmizin etibarlı dostu, Azərbaycan-Rusiya strateji tərəfdaşlığının, ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığının möhkəmlənməsinin və inkişafının prinsipial tərəfdarı kimi tanınırsınız.

Müstəqil Azərbaycanın mövcud olduğu iyirmi beş ildən artıq müddətdə xalqımızın qurucu qüvvəsi və mənəvi potensialı o qədər parlaq şəkildə təzahür edib ki, dövlətimizin sürətli inkişafı dünya birliyində böyük marağa səbəb olub. Bu gün Azərbaycan Respublikası beynəlxalq münasibətlərin nüfuzlu iştirakçısıdır və gələcəyə inamla baxır. Bu, Sizin böyük xidmətinizdir və bizlərdən hər birimizin qəlbində qürur hissi oyadan bu xeyirxah, səmərəli fəaliyyətinizə görə Sizə təşəkkür edirik.

Cənab Prezident, icazə verin Sizi əmin edim ki, Rusiyadakı Azərbaycan diasporu Azərbaycanın populyarlaşması, xalqımızın qədim ənənələrinin, zəngin mədəniyyətinin və tarixinin təbliği işində öz səylərini zəiflətməyəcək. Biz Azərbaycan Respublikasının müsbət imicinin möhkəmləndirilməsi üzrə ardıcıl işimizi bundan sonra da davam etdirəcəyik.

Biz öz tarixi Vətənimizdən uzaqda olsaq da, bizim ehtiyaclarımıza Sizin ciddi diqqətinizi və qayğınızı həmişə hiss edirik. İcazə verin, fürsətdən istifadə edib, Rusiyada əmək fəaliyyəti ilə məşğul olan həmvətənlərimizi dəstəklədiyinizə görə Sizə dərin minnətdarlığımı bildirim.

Doğum gününüzdə Sizə möhkəm cansağlığı, uzun ömür və millətin sıx birləşməsi, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun möhkəmlənməsi naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizi ürəkdən təbrik edirəm".

XXX

MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Yuri Osipovdan və Şuranın baş katibinin müavini Aydın Cəfərovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından səmimi təbriklərimizi qəbul edin.

Siz - görkəmli siyasi və dövlət xadimi olaraq Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı, onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi üçün çox iş görürsünüz. Birlik ölkələrinin parlamentariləri MDB üzvü olan dövlətlər arasında çoxplanlı qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və dostluq əlaqələrinin genişlənməsinə Sizin böyük şəxsi töhfənizi yüksək qiymətləndirirlər.

İcazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan Respublikasının firavanlığı naminə fəaliyyətinizdə yeni uğurlar diləyək.

XXX

“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvilidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Əziz İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz həyati qüvvə, ölkənizin və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Biz - Sizin dostlarınız fəxr edirik ki, Zati-alinizin rəhbərliyi ilə həyata keçirilən səmərəli quruculuq işinin nəticələrini qərəzli olmayan hər bir insan əyani şəkildə görür, Azərbaycanın həm regionda, həm də bütövlükdə dünyada beynəlxalq nüfuzu durmadan artır.

Əziz İlham Heydər oğlu, biz bir daha Sizi əmin etmək istəyirik ki, bizə verdiyiniz hər bir tapşırığı yerinə yetirməyə hazırıq".

XXX

Qaz İxrac Edən Ölkələr Forumunun Baş katibi Yuri Sentyurindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri. Doğum gününüz münasibətilə Sizə Qaz İxrac edən Ölkələr Forumu (GECF) adından təbriklərimi çatdırıram.

Doğum günləri həyat yoluna nəzər salmaq üçün gözəl imkanlar yaradır. Qeyd etməliyəm ki, Sizin həyatınız xalqınıza xidmətə həsr olunub.

Ölkəniz və xalqınız üçün davam edən xidmətlərə həsr olunacaq yeni bir ilə başladığınız ərəfədə fürsətdən istifadə edərək bildirirəm ki, GECF ilə Azərbaycan Respublikası arasında xüsusi əməkdaşlıq mövcuddur. Azərbaycan qaz sənayesində böyük işlər görüb. “Şahdəniz” yatağında təbii qaz ehtiyatlarının və “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafı buna misal göstərilə bilər. Bu ilin may ayında keçirilən və həmin üstünlükləri ətraflı şəkildə nümayiş etdirən 25-ci Xəzər Neft-Qaz Sərgisi və Konfransında iştirakdan çox məmnun oldum.

Cari ildə mənim Sizin tərəfinizdən qəbul edilmək şərəfinə nail olmağım GECF ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni təkan verdi və gələcəkdə daha sıx əməkdaşlıq üçün yol açdı.

Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, GECF-in 10 illik yubileyinin qeyd olunduğu bir vaxtda Azərbaycanın fəaliyyətimizə verdiyi töhfəyə görə Sizə təşəkkürümü bildirirəm. Qoy gələcək illər dostluğumuzun və uğurlu əməkdaşlığımızın yeni dövrü olsun!

Sizə, ailənizə, Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident. İcazə verin, doğum gününüz münasibətilə Sizə GUAM-ın Katibliyinin beynəlxalq heyəti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırım. Sizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik, Azərbaycanın daha da inkişafı naminə uzun illər boyu səmərəli fəaliyyət arzu edirəm!

Azərbaycan uzun illərdir ki, Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi və ictimai-siyasi həyatın bütün istiqamətləri üzrə parlaq nailiyyətlər nümayiş etdirir.

Sizin yürütdüyünüz ardıcıl, uzaqgörən daxili və xarici siyasət milli mənafelərin irəli çəkilməsi və ölkənin beynəlxalq iqtisadiyyata inteqrasiyası üzrə bir sıra mühüm strateji layihələrin uğurla həyata keçirilməsinə təminat verib. Bu siyasət həm də strateji əhəmiyyətli Qara dəniz-Xəzər dənizi məkanında Azərbaycanın mövqelərinin və geosiyasi rolunun möhkəmlənməsini təmin edib, bu regionun dünyada baş verən proseslərə daha sıx inteqrasiyasına kömək edib.

İnstitusional, iqtisadi və sosial sahələrdə islahatlar proqramının uğurla reallaşdırılması idarəçiliyin səmərəliliyinin artırılmasına, iqtisadiyyatın şaxələndirilməsinə və yeni iş yerlərinin yaradılmasına, əhalinin rifahının yüksəlməsinə, cəmiyyətin daha da demokratikləşməsinə şərait yaradıb. Bütün bunlar Azərbaycan vətəndaşlarının keyfiyyətli həyat səviyyəsinin durmadan yüksəlməsində öz əksini tapıb.

Azərbaycanın beynəlxalq nüfuzu da artır. Azərbaycanın fəal, çoxvektorlu və tarazlaşdırılmış xarici siyasəti ölkənin iqtisadi və müdafiə qüdrətini durmadan artıraraq regionda və onun hüdudlarından kənarda sabitliyin qarantına çevrilib, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi üçün ilkin şərait yaradır.

Beynəlxalq ictimaiyyət mədəniyyətlərarası dialoqun və xalqlar arasında qarşılıqlı anlaşmanın, multikulturalizmin və tolerantlığın təbliğinin inkişafı üçün Sizin yorulmadan göstərdiyiniz səyləri və Azərbaycanın bu işə töhfəsini yüksək qiymətləndirir.

Zati-aliləri, biz Demokratiya və İqtisadi inkişaf uğrunda təşkilatın – GUAM-ın əsasını qoymuş dövlətlərdən biri kimi Azərbaycanın bizim strateji tərəfdaşlar olan dost ölkələr arasında əməkdaşlığın daha da inkişaf etməsinə və dərinləşməsinə töhfəsini yüksək qiymətləndiririk. GUAM-ın coğrafiyası üzv dövlətlərin, o cümlədən Azərbaycanın milli maraqlarının inkişafı və müdafiəsi üçün ən mühüm məkanlardan biridir. Əminik ki, GUAM çərçivəsində əməkdaşlıq potensialının reallaşdırılması strateji əhəmiyyətli bu coğrafiyanın sülh, sabitlik, təhlükəsizlik və firavanlıq məkanına çevrilməsinə, ölkələrimizin müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə xidmət edəcək.

Hörmətli İlham Heydər oğlu, icazə verin, fürsətdən istifadə edib bu bayramqabağı günlərdə Sizi həm də qarşıdan gələn Yeni il münasibətilə təbrik edim, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və ölkənin daha da firavanlaşması naminə planlarınızın həyata keçirilməsində uğurlar diləyim. Qəti əmin olduğumu bildirirəm ki, qarşıdan gələn yeni il Azərbaycan xalqının yeni uğurları və qələbələri ilə əlamətdar olacaq".

XXX

Beynəlxalq Türk Akademiyasının Prezidenti Darhan Kıdıralidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident. İcazə verin Sizi doğum gününüz münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Sizin yorulmaz fəaliyyətiniz sayəsində qardaş Azərbaycan bütün sahələrdə, dövlət quruculuğu istiqamətində və beynəlxalq miqyasda əhəmiyyətli uğurlar əldə edib, beynəlxalq münasibətlər sisteminin nüfuzlu üzvünə çevrilib.

Azərbaycanın Sizin rəhbərliyinizlə dünya miqyasında mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa, multikulturalizm ənənələrinin inkişafına, sülh və tolerantlığın təmin olunmasına verdiyi töhfə ölçüyəgəlməzdir.

Hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".

XXX

Yunanıstanın “Motor Oil Hellas”, “Vegas Oil and Gas” şirkətlərinin sədri Vardis Vardinoyannis və xanımı Marianna Vardinoyannisdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Sizə həyatın ən gözəl nemətləri olan möhkəm cansağlığı, tükənməz enerji, rifah və xoşbəxtlik diləyirik.

Qoy Tanrı Sizi və doğmalarınızı qorusun! Ölkənizin və bəşəriyyətin rifahı və inkişafı naminə bütün nəcib arzularınızın həyata keçməsini arzu edirik".

 




  Yayım tarixi :24 Dekabr 2018   23:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .