XƏBƏR
22:43

  Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Agyol.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən məlumat verir.

Serbiya Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək, əməkdaşlığımızın qarşıdakı illərdə də genişlənəcəyinə əminliklərini ifadə ediblər.

 




  Yayım tarixi :24 Dekabr 2018   22:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .