XƏBƏR
16:20

  Əli Əhmədov: "Son 15 il ərzində Azərbaycanda bütün sahələr müasirləşib"

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

"Son 15 il ərzində Azərbaycanda böyük quruculuq işləri aparılıb".

Agyol.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov "Möhtəşəm quruculuq: dünən, bu gün, sabah" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan çox sürətlə inkişaf edir, yenilənir. Azərbaycanın inkişafı, yüksəlişi ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi ilə birbaşa bağlıdır: "Məmnunluqla demək lazımdır ki, son 15 il Azərbaycanın xüsusi qürur duyulan bir səhifəsini təşkil edir. Bu illər ərzində Azərbaycanda bütün sahələr yenilənib, müasirləşib. Ən başlıcası, insanlarımızın həyatı dəyişib. İnsanlarımız daha yaxşı yaşayırlar. Bu isə Azərbaycan cəmiyyətinin birliyini daha da gücləndirir".

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda son 15 illik inkişaf fərqli sahələri əhatə etməklə çoxşaxəli olub. Azərbaycanda istənilən sahədə baş verən dəyişikliklər möhtəşəm, uğurlu olub. Qürur hissi ilə hadisələrdən biri Azərbaycanın möhtəşəm quruculuğunun, həyatımızın bütün sahələrinin yeni, modern əsaslarla qurulması ilə bağlıdır. Biz Azərbaycanın ən fərəhedici dövrünü yaşayırıq".

Ə.Əhmədov bildirib ki, son 15 il ərzində aparılan quruculuq işlərinin nəticəsi olaraq, Azərbaycanın siması köklü şəkildə dəyişib: "Azərbaycanın hər bir guşəsi tanınmaz şəkildə dəyişib. Bakının müasirləşməsi, onun infrastrukturunun tamamilə yenilənməsi 15 illik nailiyyətlərin mühüm bir hissəsidir. Amma Azərbaycanın bütün bölgələrində, bütün kəndlərində və şəhərlərində möhtəşəm quruculuq işləri aparılır. Bu işlər bu gün də aparılır. Bundan sonra da möhtəşəm quruculuq siyasəti uğurla davam etdiriləcək".

 




  Yayım tarixi :24 Dekabr 2018   16:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .