XƏBƏR
10:49

  Tahir Salahov: Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan dünyada qədim mədəniyyətə və gözəl ənənələrə malik ölkə kimi tanınır

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

Azərbaycan Prezidenti İlham Əliyev incəsənət xadimlərinə hər zaman diqqət və qayğı ilə yanaşır və dövlət başçısının fəaliyyəti sayəsində Azərbaycan dünyada qədim mədəniyyətə və gözəl ənənələrə malik ölkə kimi tanınır.

Agyol.az xəbər verir ki, bunu Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, dünya şöhrətli rəssam Tahir Salahov deyib.

T.Salahov qeyd edib: "Məni yubileyim münasibətilə ilk olaraq noyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqı adından təbrik etdi. Dövlət başçısının ailəsi ilə birgə dekabrın 14-ü Bakıda 90 illik yubileyimə həsr olunmuş sərginin açılışında iştirak etməsindən çox şad oldum. Bu mənim üçün böyük hədiyyə idi! Bu sərgi, həmçinin mənim Prezident İlham Əliyevə dekabrın 24-ü ad günü münasibətilə hədiyyəm oldu və vəfatının 15-ci ildönümünü qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edildi. Azərbaycan Prezidentindən birinci dərəcəli “Əmək” ordenini qəbul etdiyim üçün xoşbəxtəm”.

Xalq rəssamı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti sayəsində ölkədə və onun hüdudlarından kənarda milli mədəniyyəti və incəsənəti təbliğ edən çoxsaylı mühüm beynəlxalq tədbirlər, festivallar keçirilir, layihələr reallaşdırılır və bütün bunların sayəsində dünyada daha çox insan Azərbaycan xalqının adət və ənənələri, musiqisi və ədəbiyyatı, təbiəti və memarlığı, tolerantlığı və multikulturalizmi, istedadlı şəxsiyyətləri ilə tanış olur:

"Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı haqlı olaraq öz tarixi maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə fəxr edir. Milli irsin qorunması və ölkə mədəniyyəti və incəsənətinin inkişafı işində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səmərəli fəaliyyətini xüsusi qeyd etmək istərdim. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fəaliyyəti sayəsində müxtəlif növ qədim memarlıq, musiqi, rəqs və milli mətbəx nümunələri, milli musiqi alətləri, adət və ənənələr YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib. Bütün bunlar Azərbaycanın qüdrəti və çiçəklənməsindən xəbər verir".

Xatırladaq ki, Xalq rəssamı T.Salahov Azərbaycanın ali mükafatlarına – 1998-ci ildə “İstiqlal” ordeni, 2008-ci ildə “Heydər Əliyev” ordeni, 2015-ci ildə isə Heydər Əliyev mükafatına layiq görülüb.

 




  Yayım tarixi :24 Dekabr 2018   10:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .