XƏBƏR
13:51

  "London Beynəlxalq Atçılıq Şousu"nda Azərbaycan təmsil­çilərinin çıxışlarını tamaşaçılar maraqla qarşılayıb (FOTO)

Gündəm

Xəbər lenti

Dekabr ayının 17-23 tarixlərində Böyük Britaniyanın paytaxtında ənənəvi olaraq təşkil edilən və 111 illik tarixə malik “Olim­piya London Beynəlxalq Atçılıq Şousu”nda Azərbaycan təmsil­çilərinin valehedici çıxışları tamaşaçıları riqqətə gətirib, ingilis at sevərlərinin qəlbində Azərbaycanın Qarabağ atlarının coşğusunu alovlan­dır­ıb.

Agyol.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən  verilən məlumata görə, Əməkdar bədən tərbiyəsi və id­man xadimi Azər Həmzəyevin rəhbərlik etdiyi DSX-nin süvarilər dəs­­­­tə­sinin Qarabağ atları üzərində və əzəmətli musiqimizin sədaları altında Dövlət Sərhəd Xidmətinin rəqs ansamblının möhtəşəm çıxışları “BBS red button” telekanalında canlı nümayiş etdirilib, atçılıq gündəminin, o cümlədən atçılıq hə­vəs­karı olan sosial şəbəkə istifadəçilərinin və ixtisaslaşmış informasiya resurslarının əsas möv­zusuna çevrilib.

Londondakı tədbirin rəsmi internet səhifəsi olan “www.olimpia­­hor­seshow.com” saytında Azərbaycan atçılarının “Odlar Yurdu Azər­baycan və Qarabağ atları” adlı şou-proq­ramının izləyicilərin qəlb­lərini fəth edəcək çıxışlar kimi təqdim olunması təkcə tədbir təşkilatçı­larının deyil, bütün Britaniya at sevərlərinin füsünkar Qarabağ atlarına olan hey­ran­lığının və məftunluğunun növbəti ifadəsi olub.

Odlar Yurdunun mədəni dəyərlərinin car­çısı olmaqla, qərb sivilizasiyasının beşiyi olan London şəhərində şərq dünyasının qədim­liyini və özünəməxsus gözəlliyini tərənnüm edən Qa­rabağ atlarının Böyük Brita­niya atçılığının ən mötəbər tədbirində möhtəşəm şou-proqramın əsas hissəsi kimi təqdim edilməsi milli at cinslərimizin dün­ya miqyasında daha da məşhurlaşdırılması istiqamətində son illər ərzində həyata keçirilən məq­sədyönlü tədbir­lərin məntiqi nəticəsi olub.

Böyük Britaniya kral ailəsi üzvlərinin mütləq iştirakı ilə keçirilən “Olim­piya London Beynəlxalq Atçılıq Şousu”nda 21 dekabrda 7 min­dən çox tamaşaçının günün birinci və ikinci yarısında 2 dəfə iz­lə­diyi “Od­lar Yurdu Azər­baycan və Qarabağ atları” adlı şou-proq­ram Bö­yük Britaniya aristokratiyasının və məşhurlarının da böyük mara­ğı­na sə­bəb olub, keçirdikləri müsbət hisslərə görə Azərbaycan nümayəndə heyətinə minnətdarlıqlarını bildiriblər.

 




  Yayım tarixi :22 Dekabr 2018   13:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .