XƏBƏR
10:53

  Peşə məktəblərində hərbi hazırlıq fənninin tədrisinə ayrılan saatların miqdarı yenidən müəyyən edilib

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Azərbaycanda peşə məktəblərində İbtidai hərbi hazırlıq fənninin tədrisinə ayrılan saatların miqdarı yenidən müəyyən edilib.

Agyol.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”ndə dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, ümumi təhsil və orta ixtisas təhsili müəssisələrində İbtidai hərbi hazırlıq fənninin tədrisinə 140 saat vaxt ayrılır. Peşə təhsili müəssisələrində ümumi orta təhsil bazasından qəbul olunmuş təhsil alanlar üçün təşkil edilən qruplarda İbtidai hərbi hazırlıq fənninin tədrisinə ayrılan dərs saatlarının miqdarı yenidən müəyyənləşdirilib.

Qərara əsasən, təhsil müddəti 1 il olan ilk peşə təhsili alanlara 40 saat, - təhsil müddəti 2 il olan texniki peşə təhsili alanlara 80 saat, təhsil müddəti 3 il olan texniki peşə təhsili alanlara 124 saat, təhsil müddəti 4 il olan yüksək texniki peşə təhsili alanlara 140 saat müəyyən edilib.




  Yayım tarixi :22 Dekabr 2018   10:53

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .