XƏBƏR
22:10

  Vladimir Putin: Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsinə Prezident İlham Əliyevin şəxsi töhfəsi əvəzsizdir

Gündəm

Xəbər lenti

Rusiya Prezidenti Vladimir Putindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Agyol.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu.Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz həmvətənləriniz arasında və xaricdə haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi nüfuz qazanmısınız. Dövlətlərimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfəniz əvəzsizdir.

Bizim aramızda yaranmış münasibətləri yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv dialoqun və sıx birgə işin davam edəcəyinə ümid bəsləyirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm".

 




  Yayım tarixi :21 Dekabr 2018   22:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .