XƏBƏR
21:52

  Prezident bu başçıları vəzifədən azad etdi - 5 sərəncam, 6 fərman

Gündəm

Xəbər lenti

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Gülağa İslamovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.


Agyol.az xəbər verir ki,  sərəncamın mətnini təqdim edir:

Gülağa Bayram oğlu İslamov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şükür Babayevin Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Şükür Fərəməz oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1359-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 avqust tarixli 610 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 avqust tarixli 610 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 758; 2008, № 2, maddə 52; 2017, № 12 (I kitab), maddə 2317) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.1. “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun 1.10-1-ci, 3.1-ci, 5.3-cü (hər iki halda) maddələrində, 7.1-ci maddəsinin birinci cümləsində və 8.2-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

2.2. aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:

“3.1-1. həmin Qanunun 5.3-cü maddəsində (ikinci halda) “orqan” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”;

2.3. 3.3-cü bənddən “7.1-ci maddəsinin birinci cümləsində,” sözləri çıxarılsın və “və 13.2.3-1-ci (birinci halda) maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin;

2.4. aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:

“3.3-1. həmin Qanunun 1.10-1-ci, 5.3-cü (birinci halda) maddələrində, 7.1-ci maddəsinin birinci cümləsində və 8.2-1-ci maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;”.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Bu Fərman 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununun tətbiqi və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişiklik edilməsi fərman imzalayıb.

Fərmanda qeyd olunur:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 605; 2004, № 12, maddə 1014; 2009, № 7, maddə 527; 2010, № 2, maddə 77; 2014, № 5, maddə 477, № 10, maddə 1187; 2016, № 8, maddə 1384; 2017, № 1, maddə 36, № 11, maddə 2025, № 12 (I kitab), maddə 2327; 2018, № 8, maddə 1684) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. ikinci – on səkkizinci abzaslar müvafiq olaraq 2.1 – 2.17-ci bəndlər hesab edilsin;

2.2. 2.1-ci bəndə “Qanununun” sözündən sonra “1.1.32-ci, 1.1.32-2-ci,” sözləri əlavə edilsin və həmin bənddə “, 19.6-cı” sözləri “maddələrində, 18.3-cü maddəsinin ikinci cümləsində, 19.2-ci maddəsinin ikinci abzasında və üçüncü abzasının birinci cümləsində, 19.6-cı, 20.2-ci” sözləri ilə əvəz edilsin;

2.3. 2.6-cı bənddən “19.2-ci (birinci halda),” sözləri çıxarılsın;

2.4. 2.14-cü bəndə “maddələrində” sözlərindən sonra “, 19.2-ci maddəsinin ikinci abzasında və üçüncü abzasının birinci cümləsində” sözləri əlavə edilsin;

2.5. 2.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilməklə, aşağıdakı məzmunda 2.18-ci və 2.19-cu bəndlər əlavə edilsin:

“2.18. həmin Qanunun 18.3-cü maddəsinin ikinci cümləsində və 20.2-ci maddəsinin beşinci cümləsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;

2.19. həmin Qanunun 1.1.32-ci və 1.1.32-2-ci maddələrində “qurum” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur.”.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Bu Fərman 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.


Prezident İlham Əliyev “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə uyğun olaraq, artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydasını üç ay müddətində təsdiq etsin;

1.4. həmin Qanunun 14.7-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında, neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;

1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:

2.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində:

2.1.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin dördüncü abzasına uyğun olaraq, hesabatın formasını müəyyən etsin;

2.1.2. həmin Qanunun 13.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, ərizənin formasını müəyyən etsin;

2.2. həmin Qanunun 13.4-cü maddəsinə uyğun olaraq, məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydasını müəyyən etsin;

2.3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsin.

4. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349; 2006, № 7, maddə 587; 2007, № 12, maddə 1226; 2009, № 8, maddə 630; 2016, № 6, maddə 1021, № 9, maddə 1464) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində, 23-cü maddəsinin birinci hissəsində və 24-cü maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;”;

4.2. aşağıdakı məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilsin:

“2.1-1. həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsində, 13.3-cü maddəsində (ikinci halda) və 28-ci maddəsinin birinci hissəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.1-2. həmin Qanunun 19.1-ci maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”;

4.3. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. həmin Qanunun 9-1.2-ci və 14.7-ci maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

4.4. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.3. həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;”;

4.5. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.4. həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 9-1.2-ci maddəsində, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 12-ci (hər iki halda) və 13.1-ci maddələrində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (hər iki halda), 13.4-cü, 14.7-ci maddələrində, 15-ci maddəsinin iyirmi üçüncü abzasında, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 19.1-ci maddəsində, 20-ci maddəsinin ikinci hissəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 28-ci maddəsinin birinci hissəsində və 29-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

4.6. aşağıdakı məzmunda 2.4-1– 2.4-4-cü bəndlər əlavə edilsin:

“2.4-1. həmin Qanunun 20-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində “orqan” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinə və vergi orqanlarının işçilərinə münasibətdə) nəzərdə tutulur;

2.4-2. həmin Qanunun 20-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.4-3. həmin Qanunun 20-ci maddəsinin birinci cümləsində “orqanın maddi-texniki bazası” dedikdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maddi-texniki bazaları nəzərdə tutulur;

2.4-4. həmin Qanunun 20-ci maddəsinin birinci cümləsində “orqanın işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri və vergi orqanlarının işçiləri nəzərdə tutulur;”;

4.7. 2.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.6-cı bənd əlavə edilsin:

“2.6. həmin Qanunun 15-ci maddəsinin iyirmi üçüncü abzasında “qurum” dedikdə Mənəvi Dəyərlərin Təbliği Fondu nəzərdə tutulur.”;

4.8. 3-cü hissə ləğv edilsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

6. Bu Fərman 2019-cu il yanvarın 1-dən qüvvəyə minir”.


Prezident İlham Əliyev Bir sıra birinci instansiya məhkəmələri sədrlərinin və Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavininin təyin edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda deyilir:

“Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilsin.

2. Natiq Mürsəl oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin.

3. Əfqan Niyətulla oğlu Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini təyin edilsin.

4. Aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinin sədrləri təyin edilsinlər:

Əliyev Zamiq Xudaverdi oğlu - Babək Rayon Məhkəməsinin sədri

Məmmədov Mehrab Fərmayıl oğlu - Culfa Rayon Məhkəməsinin sədri

Əhmədov Zülfüqar Əziz oğlu - Kəngərli Rayon Məhkəməsinin sədri

Haqverdiyev Tural Ziyat oğlu - Ordubad Rayon Məhkəməsinin sədri

Zülfüqarov Hüseyn Nadir oğlu - Sədərək Rayon Məhkəməsinin sədri

Əliyev Mehdi Ədalət oğlu - Şərur Rayon Məhkəməsinin sədri

5. Aşağıdakı şəxslər Bakı şəhərinin rayon məhkəmələrinin sədrləri təyin edilsinlər:

Tağıyev Nazim Hüsü oğlu - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri

Əliyev Kəramət Fətəli oğlu - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri

6. Aşağıdakı şəxslər rayon (şəhər) məhkəmələrinin sədrləri təyin edilsinlər:

Əliyev Rəfayil Əfraddin oğlu - Biləsuvar Rayon Məhkəməsinin sədri

Kazımov Marif Sabir oğlu - Gədəbəy Rayon Məhkəməsinin sədri

Əliyev Abbas Baba oğlu - Qəbələ Rayon Məhkəməsinin sədri

Süleymanov Kamran Şakir oğlu - Oğuz Rayon Məhkəməsinin sədri

Məmmədov Elbrus Hacıbala oğlu - Zaqatala Rayon Məhkəməsinin sədri

İmanova Gülsarə Kərimovna - Zəngilan Rayon Məhkəməsinin sədri

7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .