XƏBƏR
20:33

  RUFİZ QONAQOV : " BU ÖLKƏMİZİ GÖZÜ GÖTÜRMƏYƏNLƏRİN NÖVBƏTİ QARAYAXMA KOMPANİYASIDIR "

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

“Böyük Britaniyanın “The Guardian” nəşrində Azərbaycan Respublikası Prezidentinin ailə üzvləri ilə bağlı verilmiş material sözsüz ki, iftira və böhtan xarakterlidir. Biz Azərbaycana, Azərbaycan Prezidentinə, onun ailə üzvlərinə qarşı bu cür qarayaxma kampaniyalarının olduğunu zaman-zaman görmüşük. İndi növbəti dəfə belə bir addım atılıb. Sözsüz ki, bütün bunlar Azərbaycanın sürətli inkişafını gözü götürməməkdən irəli gəlir”.

Agyol.az xəbər verir ki, bunu açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov bildirib.

O qeyd edib ki, Azərbaycan hazırda dünyada sözünü deyən bir ölkəyə çevrilib, Cənubi Qafqazın lider ölkəsidir:

“Belə bir şəraitdə sözsüz ki, Böyük Britaniyanın, Avropanın ayrı-ayrı ölkələrinin nəşrləri ermənipərəst dairələrin təsir və təzyiqi altında bu cür materiallar dərc etməklə Azərbaycan xalqı və dövlətinə növbəti dəfə öz nifrətlərini bildirirlər. Eyni zamanda onların əsas məqsədi Azərbaycan xalqı içərisində müəyyən parçalanma meylləri yaratmaq, Azərbaycan xalqında onun iqtidarına, prezidentinə olan rəğbəti sarsıtmaqdır. Bu cür metodlarla mənfi fikirlər yaratmaq istəyirlər. Biz zaman-zaman görmüşük ki, bu cür metodların heç bir əhəmiyyəti olmayıb və ümumiyyətlə, bundan sonra da bu kimi nəşrlərin belə əməllərlə məşğul olması nə Azərbaycan xalqının Azərbaycan Prezidentinə olan sevgi və məhəbbətini sarsıda, nə də Azərbaycan Prezidenti ilə xalq arasında olan birliyə heç bir maneə törədə bilməz. Çünki Azərbaycan xalqı öz prezidentinə münasibətini bu ilin aprelində keçirilən prezident seçkisində bildirib və cənab İlham Əliyev qarşıdakı 7 il üçün Azərbaycanın dövlət başçısı seçilib”.

R.Qonaqov qeyd edib ki, özlərini boşuna yoran qüvvələr heç nəyə nail ola bilmədikləri üçün növbəti qarayaxma kampaniyasına əl atıblar:

“Azərbaycanın öz qonşuları, o cümlədən Rusiya, digər MDB ölkələri ilə münasibətlərini daha da genişləndirməsini, həmçinin, böyük neft-qaz potensialına malik olmasını, eyni zamanda həyata keçirdiyi iri nəqliyyat layihələrini bunların gözü götürmür. Azərbaycan nə qədər inkişaf edirsə, bu kimi qüvvələrin fəaliyyəti də bir o qədər artır. Amma bir daha qeyd etmək istəyirəm ki, bu kimi fəaliyyətlərin heç bir əhəmiyyəti olmayacaq. Azərbaycan Prezidenti bu gün dünyada öz sözünü demiş siyasi liderdir. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi ötən 15 il ərzində dünyada Azərbaycanın uğurlarının sayını artırıb. Azərbaycana dünyada maraq hər gün bir qədər də artır. Belə bir şəraitdə bu kimi nəşrlərdə ermənipərəst dairələrin təsiri və təkidi ilə hansısa “yazılar”ın çap olunması mənasızdır və cəfəngiyyatdan başqa bir şey deyil”.

 




  Yayım tarixi :21 Dekabr 2018   20:33

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .