XƏBƏR
14:55

  BŞTİ: Yeni il şənliklərinə görə məktəblərdə bilet satışı yolverilməzdir

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Bakıda 194 nömrəli tam orta məktəbin şagirdlərinin valideynləri onlara Yeni il şənliyi üçün biletlərin satılmasından narazılıq ediblər.

Agyol.az-ın məlumatına görə, Yeni il şənliyi üçün şagirdlərə biletlər paylanılıb.

194 nömrəli tam orta məktəbdən Trend-ə verilmiş məlumata görə isə, məktəb rəhbərliyi Yeni il şənliyi üçün biletləri valideynlərin xahişi ilə sinif rəhbərlərinə paylayıb:

"Bu gün sinif rəhbərləri ilə iclas keçirilmiş, bütün biletlər geri götürülmüşdür. Şagirdlərə bilet paylanılmasına baxmayaraq, günün sonunadək onlara verilmiş bütün biletlər də yığılacaq. Həmçinin tədbirin tamamilə təxirə salınması üçün sinif rəhbərlərinə göstəriş verilib".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, ümumi təhsil məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar biletlərin satışı yolverilməz hesab olunur:

"Müxtəlif qurumlar tərəfindən ümumi təhsil müəssisələrinə bilet satışı ilə bağlı edilən məqsədli müraciətlərə qoşulmaq və ya məktəbdə ödənişli tədbirin təşkili hallarına görə məktəb rəhbərliyi şəxsən məsuliyyət daşıyır. Bu kimi hallara qarşı ciddi tədbirlər görülür".

 




  Yayım tarixi :21 Dekabr 2018   14:55

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .