XƏBƏR
14:31

  Nazirlikdən əhaliyə bayramla bağlı - XƏBƏRDARLIQ

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

 

Agyol.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:        evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

          işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

         ağac tezalışan oyuncaqla bəzədilməməli;

         qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

Bayram şənliyində bunlar nəzərə alınmalıdır:

        şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

        şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

        pəncərədə dəmir barmaqlıq olmamalı;

         məkanın iki çıxışı olmalı;

         ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

         otağın qapıları mütləq bayıra açılmalı;

         məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

         şənlikdə işıq tam söndürülməməli;

         şənliyə tezalışan materialdan paltar geyinilməməli;

         məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

“Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”, - deyə müraciətdə vurğulanıb.

 

 




  Yayım tarixi :21 Dekabr 2018   14:31

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .