XƏBƏR
10:18

  Avropa Parlamenti işğal olunmuş ərazilərə qanunsuz səfərləri pisləyir

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Avropa Parlamentinin müdafiə və təhlükəsizlik üzrə alt-komitəsinin sədri Anna Fotiqa tərəfindən Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqeriniyə Şərq Tərəfdaşlığı ölkələrində işğal olunmuş ərazilərə qanunsuz səfərlərlə bağlı müraciət ünvanlanıb.


Agyol.az xəbər verir ki, Müraciətdə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın işğal olunmuş ərazilərinə rəsmi icazə almadan qanunsuz səfər edən Aİ vətəndaşlarının sayında son dövrlər artımın müşahidə olunduğu, bəzi hallarda hətta İttifaq ölkələrində yerləşən turizm agentlikləri tərəfindən təklif edilən bu qanunsuz səfərlərin beynəlxalq hüququ pozduğu, işğala haqq qazandırmaq məqsədi güddüyü və qurumun beynəlxalq nüfuzuna zərbə vurduğu, digər tərəfdən, qanunsuz səfər edənlərin özlərinin də bir çox hallarda arzuedilməz şəxs elan edildiyi, həmçinin hər an hərbi qarşıdurmanın baş verə biləcəyi ərazilərə yollanan insanların həyatının təhlükə altına düşə biləcəyi vurğulanıb.

Sözügedən müraciətin sonunda qeyd olunan məqamları nəzərə alaraq, Avropa İttifaqı tərəfindən öz vətəndaşları ilə bağlı bu qəbildən olan qanunsuz səfərlərin qarşısının alınması istiqamətində hansı addımların atıldığı soruşulur, İttifaq tərəfindən qanunsuz səfərlərin doğurduğu hüquqi və təhlükəsizlik fəsadları ilə bağlı vətəndaşları əvvəlcədən məlumatlandıracaq onlayn xəbərdarlığın yayılmasına çağırış edilir.

 




  Yayım tarixi :21 Dekabr 2018   10:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .