XƏBƏR
10:11

  Patent almaq istəyənlər üçün yeni qaydalar müəyyənləşdi

Gündəm

Xəbər lenti

Nazirlər Kabineti “Patent müvəkkilləri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2000- ci il 15 fevral tarixli 21 nömrəli qərarda dəyişikliklər edib.

 

Agyol.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

 

Qərara əsasən, attestasiyadan keçmiş şəxs patent müvəkkili kimi attestasiyadan keçməsi barədə qərarla bağlı bildirişi aldıqdan sonra 1 (bir) ay müddətində patent müvəkkillərinin qeydiyyata alınması, şəhadətnamə verilməsi və qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün müəyyən edilmiş haqqın ödənilməsini təsdiq edən sənədləri Əqli Mülkiyyət Agentliyinə təqdim etməlidir.

 

Qeyd olunan müddətdə haqların ödənilməsini təsdiq edən sənədlər Əqli Mülkiyyət Agentliyinə təqdim olunmadıqda, attestasiyanın nəticələri ləğv edilmiş hesab edilir. Müəyyən edilmiş haqların ödənilməsini təsdiq edən sənədlər təqdim edildikdən sonra 3 (üç) gün müddətində şəxs patent müvəkkili kimi patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınır və ona şəhadətnamə verilir.

 

Şəhadətnamə müddətsiz verilir.

 




  Yayım tarixi :21 Dekabr 2018   10:11

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .