XƏBƏR
09:55

  Azərbaycanda yeni avtovağzallar istifadəyə veriləcək

Gündəm

Xəbər lenti
18 Iyun 13:01Platini həbs olundu

Son 10 ildə Azərbaycan ərazisində 17 avtovağzal (avtostansiya) tam yenidən qurularaq sərnişinlərin istifadəsinə verilib. Agyol.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.

O qeyd edib ki, hazırda Gəncə Beynəlxalq Avtovağzalı və Cənub avtovağzalı da daxil olmaqla, Naftalan və Neftçalada yeni avtovağzalların bərpa və tikinti işləri davam edir.

N.Allahyarova vurğulayıb ki, ümumilikdə ölkə ərazisində 60 avtovağzal (avtostansiya) mövcuddur.

Avtovağzalların (avtostansiyaların) əhalinin və ölkəmizə gələn turistlərin rahat və təhlükəsiz daşınmasının təşkilində böyük rol oynadığını vurğulayan N.Allahyarova bildirib ki, bu baxımdan, ölkəmizdə avtovağzal şəbəkəsinin genişləndirilməsi, mövcud infrastrukturun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər görülür.

Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində avtobusların, minik avtomobillərinin, taksilərin, həmçinin sərnişinlərin və turistlərin daha təhlükəsiz, rahat və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə yenidənqurma işləri həyata keçirilərək Qafqazın ən böyük Nəqliyyat Qovşağı layihəsi reallaşdırılır.

N.Allahyarova əlavə edib ki, şəhərlərarası sərnişindaşımada dispetçer mərkəzinin yaradılması, habelə vahid bilet (elektron) satışı sisteminin təkmilləşdirilməsi də diqqət mərkəzindədir.

 




  Yayım tarixi :20 Dekabr 2018   09:55

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .