XƏBƏR
09:00

  Paytaxtda yağışa görə sürət həddi 20 km/s azaldılıb

Gündəm

Xəbər lenti

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Agyol.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Agentlik sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir: "Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".




  Yayım tarixi :20 Dekabr 2018   09:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .