XƏBƏR
17:59

  Qarabağ atları London beynəlxalq atçılıq şousunda çıxış edəcəklər

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Qarabağ atları 19-23 dekabrda “Olimpiya London Beynəlxalq Atçılıq Şousunda” şou proqramla çıxış edəcəklər.

Agyol.az xəbər verir ki, Federasiyadan verilən məlumata görə, Qarabağ atlarının 10-13 may 2018-ci il tarixlərdə Kral Vindzor At Şousunun 75 illik yubileyinə və Britaniya Kraliçası II Elizabetin doğum gününə həsr olunmuş tədbirlərdə möhtəşəm şou proqramları böyük coşqu və heyrətlə qarşılanmışdı. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan nümayəndə heyəti yenidən "Olimpiya London Beynəlxalq At Şousu"nda iştirak üçün dəvət olunub.

Federasiyanın Olimpiya üçün hazırladığı nümayiş "Odlar yurdu Azərbaycan və Qarabağ Atı” kimi tanınır. Nümayiş 12 at və çapardan ibarət olacaq.

Nümayişin məqsədi ölkəmizin mədəni irsini qlobal auditoriyaya çatdırmaqdır.

 




  Yayım tarixi :19 Dekabr 2018   17:59

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .