XƏBƏR
14:19

  Avropa İttifaqı: Azərbaycan doğru inkişaf yolundadır

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Azərbaycan doğru inkişaf yolundadır.

Agyol.az xəbər verir ki, bunu Bakıda keçirilən İnsan kapitalı üzrə Forumda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O vurğulayıb ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi üzərində cəhdlə işləyir və müasir cəmiyyət yaratmaq istəyir.

Bu baxımdan o, ölkənin ticarət tərəfdaşı və iri investoru olan Aİ-ninn rolunu qeyd edib. Məşğulluq sahəsində Azərbaycanın qarşısında böyük çağırışların dayandığının bildirən K.Yankauskas bildirib ki, Aİ 28 üzv ölkənin ən yaxşı praktika və təcrübəsini təklif edə bilər.

Onun sözlərinə görə, Azərbaycanda reallaşdırılan layihələr arasında Aİ ən çox təhsil sahəsindəki layihələrə vəsait xərcləyir.

 




  Yayım tarixi :19 Dekabr 2018   14:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .