XƏBƏR
10:56

  İstanbulda və Bursada dəniz reysləri dayandı, çünki...

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb. Agyol.az-ın məlumatına görə, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.

Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və bunun nəticəsində hündür dalğaların müşahidə olunması olub.

Bundan başqa, Bursada da dəniz reysləri eyni səbəbdən dayandırılıb.

Sinoptiklər əlverişsiz hava şəraitinin həftənin sonlarına qədər davam edəcəyini proqnozlaşdırıblar.

Bildirilir ki, reyslərdə yaranmış bu fasilə ilə əlaqədar "Marmara" tuneli gücləndirilmiş iş rejiminə keçib.

 




  Yayım tarixi :19 Dekabr 2018   10:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .