XƏBƏR
22:08

  Qar Xalxal yolunu bağladı - Qəzalarda 1 ölü, 46 yaralı var

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

İranda Xalxal-Punel yolu güclü qarın yağması və qar uçqunu təhlükəsinə görə bağlanıb.

Agyol.az-ın məlumatına görə, İranın Xalxal Yol Nəqliyyatı İdarəsinin rəisi Məhəmməd Qurbani deyib ki, yolun bəzi hissələrində görmə məsafəsi 5 metrdən azdır.

Hava şəraiti yol qəzalarının da sayını artırıb. Əlborz vilayətinin təcili yardım idarəsinin rəhbəri Mehrdad Babayi deyib ki, yol qəzalarında 1 nəfər ölüb, 46 nəfər yaralanıb:

"Kərəc-Qəzvin avtomagistralında minik və yük avtomobillərinin iştirakı ilə zəncivari qəza olub. Nəticədə 19 nəfər yaralanıb. Həmçinin başqa bir zəncirvari qəzada yük maşını bir pikap və dörd ədəd minik avtomobili ilə toqquşub. Nəticədə 1 nəfər ölüb, 7 nəfər yaralanıb".

 




  Yayım tarixi :18 Dekabr 2018   22:08

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .