XƏBƏR
22:04

  Hikmət Hacıyev: Azərbaycan dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün xarici ölkələrlə yorulmadan işləyəcək

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Azərbaycan dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün xarici ölkələrlə yorulmadan işləyəcək.

Agyol.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri ilə 2018-ci ilin yekunlarına həsr edilmiş qəbulda Hikmət Hacıyev deyib.

H.Hacıyev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinə və həmin ölkələrin dövlət başçılarına təbrikini çatdırıb:

"Prezident İlham Əliyevin sizin ölkələrinizə, dövlət və hökumət başçılarınıza, xalqlarınıza və ən əsası ailə üzvlərinizə qarşıdan gələn Yeni il münasibətilə təbriklərini çatdırmaq mənim üçün böyük şərəfdir. Bu sarayın adının Səadət sarayı, yəni xoşbəxtlik sarayı olması da xoş təsadüfdür. Biz qarşıdan gələn ildə ölkələrinizə xoşbəxtlik, çiçəklənmə və sülh arzu edirik. Əminəm ki, yeni ildə ölkələrimiz arasında əməkdaşlığımızı və dostluq əlaqələrimizi daha da möhkəmləndirmək üçün yorulmadan birgə işləyəcəyik. Mən, həmçinin bu fürsətdən istifadə edib sizi qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edirəm. Yeni iliniz mübarək!”

PA rəsmisi qeyd edib ki, Azərbaycanda belə bir xoşbəxtliklə Yeni il, Novruz və Ramazan bayramları keçirilir:

“Bu, Azərbaycan cəmiyyətinin inklüzivliyini, həmçinin bizim ümumilikdə bütün mədəniyyətlərə, sivilizasiyalara və ənənələrə hörmətimizi, Azərbaycan cəmiyyətinin çoxmədəniyyətli olduğunu göstərir”.

 




  Yayım tarixi :18 Dekabr 2018   22:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .